Dekabrın 13-də Bakı şəhər Xəzər rayonunda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
GununNebzi.az Publika.az-a istinadən xəbər verir ki, dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalar zamanı 35 yaşlı Rəşadən qayınatasının həyətində güllələndiyi məlum olub.
Belə ki, Rəşad Məmmədov həyat yoldaşı ilə boşanmaq ərəfəsində olub. Qadın 2 azyaşlı qızını götürərək atası evinə gedib. Bundan sonra Rəşad qayınatası, 1962-ci il təvəllüdlü Azər Cəfərovun evinə yollanıb. Evdə olarkən tərəflər arasındakı münaqişə daha da qızışıb. R.Məmmədov qayınatasına onları məhv edəcəyini, övladlarını onlardan alacağını deyib.səblərin hakim ola bilməyən 58 yaşlı kişi evində saxladığı ov tüfəngini götürərək Rəşada atəş açıb. Döş qəfəsindən ağır xəsarət alan kürəkən yerindəcə keçinib.
Artıq hadisəni törədən şəxs tutulub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
Bölməyə aid digər xəbərlər