23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşdü

Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşdü44 günlük müharibə dövründə Ermənistan tərəfindən Qarabağa xeyli sayda muzdlu döyüşçünün gətirilməsi barədə kifayət qədər sübutlar var. Lakin ermənilər real faktları inkar edərək, hər vəchlə bu xəbərləri danırlar. Artıq müharibə bitib və xaricdə yaşayan ermənilər indi qapı-qapı gəzərək öz itkinlərini axtarırlar.



GununNebzi.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib.

Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.

“Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral “vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - deyə Armin Danielyan adlı erməni bildirib.Azvision


Tarix: 9-01-2021, 23:24 Oxunub: 178


Bölməyə aid digər xəbərlər