23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib

Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnibBiləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı, orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.


Tarix: 11-01-2021, 23:17 Oxunub: 196


Bölməyə aid digər xəbərlər