01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Yevlaxda dəhşətli cinayət: Həyat yoldaşının barmaqlarını KƏSDİ - ŞOK TƏFƏRRÜAT

Yevlaxda dəhşətli cinayət: Həyat yoldaşının barmaqlarını KƏSDİ - ŞOK TƏFƏRRÜATYevlaxda ər və arvad arasında yaranan mübahisə qanla sona çatıb. Hadisə rayonun Hacıselli kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Mehdi Qarayev həyat yoldaşı, 44 yaşlı Elnarə Qarayevanı mal-qara saxlananan tövlədə çapacaqla vuraraq ağır xəsarət yetirib.

GununNebzi.az "Sputnik"ə istinadla xəbər verir ki, baş nahiyəsindən və əlindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Mehdi Qarayevin anası Bənövşə Əliyeva oğlu ilə gəlini arasında tez-tez mübahisə yarandığını deyib:

"Səhər saat 9-a qalmış olardı, gördüm, çığırtı gəlir, nə qədər çabaladım, yerimdən qalxa bilmədim. Birtəhər baxdım, gördüm qız qanın içində özünü evə saldı. Dedi, "Ay ana, Mehdi məni öldürdü, qoymayın". Mehdinin oğlu da o biri evdə yatmışdı, çıxdı tez, atasını tapmadı, qaçıb getmişdi harasa. Tez maşın çağırdılar, gəlini apardılar xəstəxanaya. Başına vurub, barmaqlarını kəsib. Bəlkə, 20 ildir, aralarında belə mübahisə olur. O yazıq gəlin dözürdü oğluma".

43 yaşlı Elnarə Qarayevanın anasına xəbəri qudası Bənövşə Əliyeva verib. Nərgiz Həmzəyeva qızının evinə gələndə qanlı hadisənin şahidi olub.

"Mehdinin anası zəng elədi mənə, gəldim ki, ay Bənövşə, nə olub? Dedi, "Mehdi Elnarəni çapacaqla vurub, başını yarıb, əllərini də kəsib, qan götürüb gedir". Mən çatanda aparmışdılar xəstəxanaya. Heç görmədim, çatmadım”.

Xəstəxanaya yerləşdirilən E.Qarayevanın səhhətinin kafi olduğu bildirilir. Hadisəni törədən Yevlax rayon Hacıselli kənd sakini, 47 yaşlı Mehdi Qarayev isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Tarix: 13-01-2021, 23:15 Oxunub: 249


Bölməyə aid digər xəbərlər