23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ana və qızı təyyarədə pilota hücum etdi- FOTOLAR

Ana və qızı təyyarədə pilota hücum etdi- FOTOLAR



53 yaşlı Meri Roberts və qızı 23 yaşlı Henrietta Mitayare təyyarədə pilota hücum edərək, onu döyüblər.

Gununsesi.org bildirir ki, “Independent”in məlumatına görə, buna səbəb heyət üzvlərinin uşaq arabasını təyyarəyə mindirməkdən imtina etmələri olub.

Hadisə “Swiss Air” aviaşirkətinin Sürix-London reysi ilə uçan təyyarəsində qeydə alınıb.

Bildirilir ki, Roberts stüardessalardan uşaq arabasını təyyarəyə aparmağa icazə istəyib. Heyət üzvləri arabanı təyyarənin yük yerinə göndərib.

Sərnişinlə stüardessalar arasında mübahisə başlayıb. Bu vaxt pilot kabinədən çıxaraq, onlardan sakitləşmələrini istəyib. Lakin ana və qız əsəbiləşərək ona hücum ediblər.

Mübahisə məhkəməyə müraciət edilməsi ilə nəticələnib.

Tarix: 4-03-2020, 16:30 Oxunub: 54


Bölməyə aid digər xəbərlər