15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar

Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - FotolarYanvarın 30-u fevralın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 13 müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılıb, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 296 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 231 ədəd partlamamış hərbi sursat (PHS) və 421 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar
Cəbhəyanı ərazilərdə minalar, hərbi sursatlar zərərsizləşdirildi - Fotolar

Tarix: 2-02-2021, 08:47 Oxunub: 238


Bölməyə aid digər xəbərlər