23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sürücü və piyadalara XƏBƏRDARLIQ

Sürücü və piyadalara XƏBƏRDARLIQBakıda hava şəraiti kəskin dəyişəcək.

GununNebzi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə yaydığı xəbərdarlığa görə, fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. Sinoptiklərin əvvəlcədən məlumat verməsilə əlaqədar yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq edir.


Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hərəkət iştirakçıları mütləq əvvəlcədən verilən proqnozlara uyğun qaydalara əməl etməlidirlər.


“Biz də hava şəraitinin kəskin dəyişməsilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edirik.


Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən məlumat verirlər ki, Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, deməli, sürücülər buna hazırlıqlı olmalıdır. Belə havada avtomobil idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. Şüşəsilənlərin işləməsi, avtomobildə suyun antifriz olması vacibdir.


Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.


Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsini təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.


Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır. Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər.


Tarix: 16-02-2021, 13:05 Oxunub: 166


Bölməyə aid digər xəbərlər