02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Ramiz Qazaxlıya hökm oxundu

Ramiz Qazaxlıya hökm oxunduBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


GununNebzi.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda hökm oxunub.


Hökmə əsasən, təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.


Qeyd edək ki, "Azar-Tİ" MMC direktoru R.Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.


İş üzrə 11 nəfər zərərçəkmiş var.


Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.Report


Tarix: 16-02-2021, 13:25 Oxunub: 389


Bölməyə aid digər xəbərlər