23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər

15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilərProkurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimin barəsində çıxarılan hökmdən apellyasiya protesti verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb: “Bildiririk ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.


Tarix: 12-08-2020, 16:20 Oxunub: 195


Bölməyə aid digər xəbərlər