21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Qırmızı Bazarda yüzlərlə sursat tapıldı - “Ballıca”da DƏHŞƏTLİ PARTLAYIŞLAR oldu

Qırmızı Bazarda yüzlərlə sursat tapıldı - “Ballıca”da DƏHŞƏTLİ PARTLAYIŞLAR olduRusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin heyəti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin partlayıcı obyektlərdən təmizlənməsi üçün iş aparıb.

GununNebzi.az xəbər verir ki, bölgədə 400-ə yaxın partlayıcı sursat zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehkamçıları ərazidə 122 mm çapında top mərmiləri və kumulyativ tank sursatı tapıb.

Aşkarlanan partlayıcı obyektlər xüsusi təchiz olunmuş “Ballıca” təlim meydançasına aparılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Qarabağda 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1361 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib./Publika.az


Tarix: 18-02-2021, 12:32 Oxunub: 132


Bölməyə aid digər xəbərlər