23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldıİşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumat görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri - Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilən digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulan nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

Araşdırmalarla onların Tərtər rayon sakinləri - Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.


Tarix: 1-03-2021, 11:51 Oxunub: 153


Bölməyə aid digər xəbərlər