23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda iki qadın Britaniya vətəndaşını qarət etdi - VİDEO

Bakıda iki qadın Britaniya vətəndaşını qarət etdi - VİDEO

Paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nyubigging Kameron polisə müraciət edərək şəxsi əşyalarının oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbi vətəndaşın qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat pul, bank kartları, sənədlər olan cüzdanını və bir ədəd “İphone-12” markalı telefonunu oğurlayıb.

Şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda “isti izlər”lə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb. Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Zərərçəkən xarici ölkə vətəndaşı oğurlanan əşyalarının qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Oxu.Az

Tarix: 23-03-2021, 14:23 Oxunub: 223


Bölməyə aid digər xəbərlər