07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
“Şərurlu İsfəndiyar” 5 milyona 2 “Lamborgini”, 2 ”Ferrari” aldı - Məhkəmədən REPORTAJ
Bakı Ağır Cinayətlər Məhkəməsində beş il əvvəl fəaliyyəti dayandırılan “Zaminbank” ASC-nin Müdafiə Şurasının dələduzluqda, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan sabiq sədri Nadir İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
İş üzrə dörd nəfər zərərçəkmiş var. Onlardan biri tikinti maqnatı, “Şərur MTK”-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. Belə ki, İ.Axundov 2013-cü ildə Bakıda tikinti dələduzlarının toruna düşən və pul ödədikləri halda mənzillərini ala bilməyən minlərlə sakinin probleminin həlli üçün Mərkəzi Bankdan "Zaminbank" vaitəsilə bankdan güzəştli kredit alıb. Oliqarx həmin pullarla yarımçıq binaların tikintisini tamamlayıb zərərçəkənləri mənzillə təmin etməliydi. Lakin iş elə gətirib ki, indi həmin kreditin mənimsənilməsi işi üzrə məhkəmədə zərərçəkmiş statusundadır.
Prosesdə şərurlu oliqarxın dindirilməsi davam etdirilib. İ.Axundov tərəflərin suallarını cavablandırarkən təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətləri olduğunu, sonuncunun onu aldatmasını bağışlaya bilmədiyini məhkəmənin diqqətinə çatdırıb. Ona ayrılan 10 milyon kreditin 5 milyonunu aldığını və ödədiyini deyib, yerdə qalan 5 milyonun isə N.İsmayılovun rəhbərlik etdiyi “Zaminbank”da qaldığını bildirib: “Zəng vurub dedim ki, 5 milyonu götürüm. Dedi ki, bank bağlanır, üç aya verərəm. Dost olmuşuq, çörək kəsmişik, mən də onun sözlərinə inandım”.
Təqsirləndirilən şəxsin vəkili iş adamının adına 2 kredit olduğu bildirib. Vəkilin suallarını cavablandıran zərərçəkmiş “70 yaşım var, çox şey yadımda qalmayıb” deyib. Vəkil iş adamının istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib. İ.Axundov adına 10 milyon kredit yazıldığını, ödəniş qəbzlərin onda olduğunu deyib. Bildirib ki, 10 milyondan artəq pul ödəsə də sonradan öyrənib ki, əmlakları Mərkəzi Banka girob qoyulub, amma pullar ora ödənilməyib.
N.İsmayılovun vəkili zərərçəkmişə “siz ölkədə tanınmış iş adamısınız, krediti götürəndə, sənədə imza atanda heç baxmadınızmı?”deyə soruşub. Zərərçəkmiş cavabında savadsız olduğunu, aralarındakı dostluq, səmimi münasibətə görə İsmayılova inandığını söyləyib. Əlavə olaraq bütün işlərin hamısını N.İsmayılovun gördüyünü diqqətə çatdırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili ilə iş adamının arasında qısa dialoq yaranıb.
Vəkil: “Siz çox imkanlı adamsınız, fakt qarşısında qalanda isə deyirsiniz ki, savadsızam”.
İ.Axundov: “Mən ağıllı adamam, ona görə də imkanlıyam. Əgər ağıllı olmasaydım, indi mən də orada (müttəhimlər kürsüsünü göstərib-red.) oturardım”. (Qeyd edək ki, "Şərurlu İsfəndiyar" natamam orta təhsillidir)
Təqsirləndirilən N.İsmayılov iş adamını aldatmadığını, İ.Axundovun məhkəmədə düzgün ifadə vermədiyini deyib: “Ona 10 milyon pul ayrılmışdı ki, get tikintini başa çatdır. Pulları hara xərclədiyini özü yaxşı bilir. Birinci dəfə 5 milyon götürdü, birinci xanımından olan oğlu üçün Türkiyəyə göndərdi. İkinci götürdüyü 5 milyona iki “Lamborgini”, 2”Ferrari” aldı, 300 min manat qudası Məhərrəmə verdi. İndi burada danışır, amma çox şeyləri açıb demir”.
İş adamı təqsirləndirilən şəxsin bu açıqlamasına “məni ikitərəfli oyuna saldınız, mənim borcum yoxdur” cavabı verib.
İş adamı qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min manat ödəniş etdiyini deyib.
N.İsmayılov isə İ.Axundovun 5 milyon borcu olduğunu ona xatırladıb.
Təqsirləndirilən şəxsin vəkilinin “siz nə zərər çəkmisiniz?” sualına İ.Axundov belə cavab verib: “Mənim mülkümü girov qoyub, Milli Bank məndən pulunu istəyir”.
Onu da qeyd edək ki, iş adamına kredit ayrılan zaman ona məxsus “Flaminqo” restoranı və “Milyonerlər məhəlləsi”ndəki villası girov qoyulub. Məhkəmə prosesi aprelin 2-də davam edəcək.
N.İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Təqsirləndirilən şəxs 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun və ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. (Virtulaz.org)
Bölməyə aid digər xəbərlər

Tarix: 24-03-2021, 11:33 Oxunub: 390
Bölməyə aid digər xəbərlər
27-01-2021, 10:23
"Şərurlu İsfəndiyar"la bağlı yeni xəbər
23-03-2021, 17:54
Şərurlu İsfəndiyarla sabiq bank rəhbərinin milyonluq davası
13-03-2021, 10:02
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
18-03-2021, 12:07
Keçmiş yüksək vəzifəli məmur azadlığa buraxıldı