15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Məhkəmə sabiq deputatın həbs etdirdiyi şəxslə bağlı qərar verdi

Məhkəmə sabiq deputatın həbs etdirdiyi şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Səmiminin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

GununNebzi.az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittihama görə, E.Səmimi “Azəriqanbank”a (“AGBank”) qızıl-zinət əşyalarını girov qoyub kredit götürərək lombard açıb. Lakin bir müddət sonra işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bundan sonra bankın rəhbərliyi dəyişən zaman həmin qızılların satılaraq borcun ödənilməsinə yönəltmək istəyiblər, bu zaman qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.

Müəyyən edilib ki, E.Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş, sadəcə üz hissəsi qızıl olub. Eldar Səmimi isə həmin əşyaların saxta olduğunu bilmədiyini deyərək özünü təqsirli bilməyib.

Yarım milyon manata yaxın kredit götürən E.Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı yenidən ekspertiza keçirilib. Ekspertin rəyinə görə, E.Səmiminin banka olan borcunun 630 min manat yox, 359 min 756 manat olması ilə bağlı rəy verilib.

Məhkəmə E.Səmiminin barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, “AGBank” sabiq deputat Çingiz Əsədullayevə məxsus olub. E.Səmimi 1993-cü ildə “Azəriqazbank” təsis edildikdən sonra 2 ilə yaxın orada müşahidə şurasının sədri, bankın həmtəsisçilərindən biri olub. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb.

Mərkəzi Bankın 2020-ci il 27 aprel tarixli qərarı “AGBank”ın lisenziyası ləğv edilib və bank bağlanıb.“Report”
Məhkəmə sabiq deputatın həbs etdirdiyi şəxslə bağlı qərar verdi

Tarix: 24-03-2021, 16:07 Oxunub: 159


Bölməyə aid digər xəbərlər