23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”

İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”

Şuşa ərtafında qalıqları tapılan “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil.

GununNebzi.az-ın məlumatına görə, bu sözləri ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil.

ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.

Oxu.Az

Tarix: 2-04-2021, 10:08 Oxunub: 150


Bölməyə aid digər xəbərlər