16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Bakıda "Lotu Quli"yə görə bıçaqlanma

Bakıda "Lotu Quli"yə görə bıçaqlanma


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.Həsənovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


GununNebzi.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, İ.İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.

Qəsəbə sakini, yetkinlik yaşına çatmayan - 2003-cü il təvəllüdlü İ.Həsənov münaqişə zəminində tanımadığı şəxsi - 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən 17 yaşlı İ.Həsənov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İ.Həsənov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.Həsənov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.


Xatırladaq ki, İ.Həsənovun atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilib. Bakıdakı hadisə onun qətlindən iki həftə sonra baş verib.


(Report)

Tarix: 3-05-2021, 20:33 Oxunub: 193


Bölməyə aid digər xəbərlər