10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
İctimai yerdə aşkarlanan koronavirus xəstəsinə cinayət işi açıldı

İctimai yerdə aşkarlanan koronavirus xəstəsinə cinayət işi açıldı


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 3-də respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Tarix: 4-05-2021, 12:29 Oxunub: 191


Bölməyə aid digər xəbərlər