23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda bələdiyyə özbaşınalıqları - FAKTLAR

Azərbaycanda bələdiyyə özbaşınalıqları - FAKTLAR
Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı müəyyən edilmiş 1.34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması məlum olub.

Bu barədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsi ilə bağlı illik məruzədə bildirilib.

Qeyd olunub ki, bununla da dövlət büdcəsinə 117 min 922 manat ziyan dəyib.

Qusar rayonunun Urva bələdiyyəsinin sədri isə bələdiyyə iclasları keçirmədən, səlahiyyəti olmadığı təqdirdə təkbaşına qərar verib. Bu qərarla müəyyən edilmiş torpaq sahəsi real dəyərindən ucuz satılıb. Bununla da bələdiyyə büdcəsinə 106 min 142 manat ziyan vurulub.

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı da qanun pozuntuları aşkarlanıb. Burada təmir tikinti işlərinin aparılması adı altında bələdiyyə büdcəsindən pul vəsaitinin silinməsi müəyyən olunub.

Həmçinin bələdiyyə sədri tərəfindən torpaq sahəsinin saxta sənədlər əsasında real qiymətdən ucuz satılması nəticəsində bələdiyyə büdcəsinə ümumilikdə 49 min 283 manat ziyan vurulub.

Gədəbəy bələdiyyəsinin sabiq sədri isə ikili protokollaşdırma aparmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi adı altında 35 min 567 manatı büdcədən silib.

Ağdaş rayonunun Korarx bələdiyyəsi bələdiyyə büdcəsinə 21 min 423, Bərdə rayonunun Qaraqounlu bələdiyyəsi isə 15 min 716 manat ziyan vurub.

Faktlar üzrə cinayət işi açılıb.


Tarix: 31-03-2020, 19:30 Oxunub: 96


Bölməyə aid digər xəbərlər