15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Səfirlik azərbaycanlının qətli ilə dövlət qurumlarına müraciət ETDİ

Səfirlik azərbaycanlının qətli ilə dövlət qurumlarına müraciət ETDİ

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi tabel silahı ilə qətlə yetirən yol polisi əməkdaşını həbs edib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Novosibirsk üzrə Baş İdarəsinin nümayəndəsi Anastasiya Kuleşova bildirib.

O, yol polisi baş inspektoru 38 yaşlı Aleksandr Qusev barəsində 28 iyula qədər həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Qeyd edək ki, Vəkil Abdullayevin qətli ilə bağlı saxlanılan polis əməkdaşı Aleksandr Qusev barəsində vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi başlanıb.

APA




Tarix: 31-05-2021, 18:33 Oxunub: 192


Bölməyə aid digər xəbərlər