01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Bu kolbasanı almayın

Bu kolbasanı almayın

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, Agentlik və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Siyəzən rayonu, Zarat postunda Şükürov Elvin Cavanşir oğlunun idarə etdiyi 99-OU-149 dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı avtomobilin yükdaşıma sahəsinə baxış keçirilib.

Yoxlama zamanı “Aymin” və “Flaqman” MMC-yə məxsus, orqanoleptik göstəricilərində uyğunsuzluq əlamətləri müşahidə olunan istehlaka yararsız, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan müxtəlif növ kolbasa və sosiska məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa və sosiska məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Tarix: 9-06-2021, 21:12 Oxunub: 246


Bölməyə aid digər xəbərlər