23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qubada iki uşağı "tok" vurdu - Biri öldü (YENİLƏNİB)

Qubada iki uşağı "tok" vurdu - Biri öldü (YENİLƏNİB)

Qubada iki azyaşlını “tok” vurması və onlardan birinin ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Quba rayon prokurorluğundan verilən məlumata görə, iyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində biri ölüb, digəri isə xəsarət alıb.

Müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

***
11:07


Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

GununNebzi.az
-ın məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər - 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.

Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


(Report)

Tarix: 14-06-2021, 12:47 Oxunub: 204


Bölməyə aid digər xəbərlər