23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozdu - Hərbçimiz yaralandı

Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozdu - Hərbçimiz yaralandı

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

GununNebzi.az
Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 14-07-2021, 14:23 Oxunub: 125


Bölməyə aid digər xəbərlər