23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
53 yaşlı kişi başından güllələnərək öldürülübmüş

53 yaşlı kişi başından güllələnərək öldürülübmüş

Kürdəmir rayon prokurorluğu ötən gün baş vermiş qətllə bağlı məlumat yayıb.

GununNebzi.az
xəbər verir ki, iyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

“Qafqazinfo”

Tarix: 31-07-2021, 11:25 Oxunub: 283


Bölməyə aid digər xəbərlər
23-06-2021, 12:23 Prokurorluq məlumat yaydı