10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
DİN və Baş Prokurorluq narkotik aludəçisinin polis şöbəsində ölümü ilə bağlı məlumat yaydı

DİN və Baş Prokurorluq narkotik aludəçisinin polis şöbəsində ölümü ilə bağlı məlumat yaydı

Avqustun 2-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixitrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.



GununNebzi.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.



Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.


Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.



Tarix: 3-08-2021, 13:18 Oxunub: 143


Bölməyə aid digər xəbərlər
8-02-2021, 12:04 DİN əməliyyat keçirdi