15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Baku-Steel Company” məhkəməyə verildi

“Baku-Steel Company” məhkəməyə verildi

“Baku-Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə tətbiq edilib.

GununNebzi.az-
ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib.

Həmin maddə əsasında “Baku-Steel Company” MMC-ni 4 min manatdan 6 min manatadək cərimə gözləyir.

Qeyd edək ki, MMC-nin rəhbəri Rasim Məmmədov bu ilin fevral ayında milyonlarla manat mənimsəmədə ittiham olunaraq həbs olunub.

(Lent.az)

Tarix: 4-08-2021, 16:52 Oxunub: 124


Bölməyə aid digər xəbərlər
28-01-2021, 21:07 Rasim Məmmədov həbs edildi