21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
İstirahət mərkəzinin rəhbəri qəlyana görə həbs olundu

İstirahət mərkəzinin rəhbəri qəlyana görə həbs olundu

Qaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib.

DİN-dən verilən məlumata görə, keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən "Nur" istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub.

Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.

Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Tarix: 6-08-2021, 15:59 Oxunub: 52


Bölməyə aid digər xəbərlər