01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
Nazim İbrahimovun Rövşən Əkbərovun işi ilə bağlı ifadəsi - Oteldə mənə dedi ki..
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb və hazırda onun işi üzrə məhkəmə prosesi gedir.
GununNebzi.az Azərbaycan24.az istinadən məlumat verir ki, xəbər vermişdi ki, general ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib, ona qarşı irəli sürülən ittihamı “film ssenarisi” adlandırıb. Elə istintaq dövründə də susmağa üstünlük verib.
Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovdur. İş üzrə hələ 2003-cü ildə dindirilən N.İbrahimov ifadəsində E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib. Lakin sonradan istintaqa verdiyi ifadəsində iş adamı, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu göstərib. Bildirib ki, Elçin Əliyevlə münasibətləri yaxşı olub, ailəvi dostluq ediblər.
N.İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin ediləndən sonra E.Əliyev həm yaxın dostu, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, hətta özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı olan problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçinin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, N.İbrahimov və E.Əliyevin ofis kimi icarəyə götürdükləri ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib.
N.İbrahimovun ifadəsinə görə, R.Əkbərovla şəxsi tanışlığı olmayıb, onu yalnız Azərbaycanın Milli Qəhrəmanı və Müdafiə Nazirliyinin generalı kimi qiyabi olaraq mətbuatdan tanıyıb.
Dostu E.Əliyevin öldürüldüyünü ona mərhumun biznes ortağı Səməd Novruzov zəng vurub deyib. Təyyarəyə bilet alıb birlikdə Kiyevə yola düşüblər, birbaşa morqa gediblər. Ekspert həkim onlara Elçinin ürəyindən bıçaqlandığını söyləyib: “Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər. Səfirliyin komendantı Qüdrət Əhmədov Rövşən Əkbərovun mənimlə görüşmək istədiyini dedi. Mən də razılaşdım. Həmin vaxt “Dnepr” otelində qalırdım. Rövşən Əkbərov qaldığım otelin foyesinə gəldi”.
Şahidin ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini R.Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil, onların yanında olan Q.Əhmədov da bu deyilənləri eşidib. İfadəsində R.Əkbərovla təklikdə görüşmədiyini, Q.Əhmədovun da onların yanında olduğunu bildirib. R.Əkbərov görüş zamanı N.İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.
Xatırladaq ki, ordu korpusunun komandanı olmuş 56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenant rütbəsi daşıyır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-08-2021, 18:48 Oxunub: 231
Bölməyə aid digər xəbərlər
27-07-2021, 23:39
Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçırdan vəzifəli şəxs kimdir? - Yeni faktlar
16-07-2021, 09:55
Bu gün general Rövşən Əkbərovun məhkəməsi keçiriləcək
16-03-2021, 08:57
Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi
2-07-2021, 22:56
Rövşən Əkbərovun cinayət işi məhkəmə sədrinin icraatına verildi
5-07-2021, 11:53
Rövşən Əkbərovun məhkəməsinin vaxtı açıqlandı