23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sərnişin sürücünü bıçaqla hədələyib 410 manat aldı - SULUTƏPƏDƏ

Sərnişin sürücünü bıçaqla hədələyib 410 manat aldı - SULUTƏPƏDƏ

Abşeron rayonunda quldurluq hadisəsi törədilib.

GununNebzi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə avqustun 9-da Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobilin naməlum sərnişini onu bıçaqla hədələyərək 410 manat pulunu alıb avtomobildən düşərək getməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş A.Lətifov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Tarix: 12-08-2021, 14:54 Oxunub: 166


Bölməyə aid digər xəbərlər
8-02-2021, 12:04 DİN əməliyyat keçirdi