23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşçini döyərək 1400 manatlıq telefon oğurladılar

İşçini döyərək 1400 manatlıq telefon oğurladılar

Avqustun 14-də iki nəfərin Sabunçu rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxslər oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Tarix: 16-08-2021, 16:48 Oxunub: 342


Bölməyə aid digər xəbərlər