10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
Bu universitetinin şöbə müdiri tələbələrdən 226 min manat rüşvət almaqda ittiham olunur

Bu universitetinin şöbə müdiri tələbələrdən 226 min manat rüşvət almaqda ittiham olunur

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə üzrə məhkəmə prosesi davam etdirilib.

GununNebzi.az-
ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirlndirilən şəxs Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb.

D.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra Dürdanə Əliyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib.

Proses sentyabrın 6-da davam etdiriləcək.


(Manşet.az)

Tarix: 23-08-2021, 18:40 Oxunub: 172


Bölməyə aid digər xəbərlər