23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ölkəyə silah və külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alındı

Ölkəyə silah və külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alındı

gununnebzi.az Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, son həftə ərzində DSX Sərhəd Qoşun­larının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, bir ədəd 9 mm-lik “Maqnum” tapançasının, bir ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Belə ki, 15 apreldə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sində iki şəxsin İran­dan Azərbaycan istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib.

Geriyə qaçmağa cəhd göstərən sərhəd po­zucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və təqib edilərək yaxalanıblar. İran vətəndaşı olan iki sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.

Eyni zamanda, 19 apreldə “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12 kiloqram 30 qram olan narkotik maddə (11 kiloqram 355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), bir ədəd 9 mm-lik “Maqnum” tapançası, bir ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Tarix: 21-04-2020, 10:30 Oxunub: 96


Bölməyə aid digər xəbərlər