15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
28 ölkədə qanunsuz mərc edənlər saxlanıldı - Siyahıda Azərbaycan da var

28 ölkədə qanunsuz mərc edənlər saxlanıldı - Siyahıda Azərbaycan da var

İnterpol futbol üzrə Avropa çempionatı zamanı qanunsuz mərc oyunları ilə bağlı genişmiqyaslı əməliyyat həyata keçirib.

GununNebzi
az İnterpolun rəsmi saytına istinadən xəbər verir ki, “SOGA VIII” əməliyyatı çərçivəsində Azərbaycan da daxil olmaqla 28 ölkədə qanunsuz mərc oyunlarından milyonlar qazanmağa can atan və çirkli pulların yuyulması üzrə fəaliyyətdə əlləri olan mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyatlar və minlərlə reyd keçirib.

Qeyd olunur ki, reydlər nəticəsində Asiya və Avropada təqribən 1400 təqsirli şəxs saxlanılıb. Bununla yanaşı, əməliyyat çərçivəsində 7.9 milyon dollar nağd vəsait, həmçinin kompüter və mobil telefonlar müsadirə edilərək götürülüb.

Ümumilikdə əməliyyat Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Bruney, Kamboca, Çin, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, İrlandiya, İtaliya, Malayziya, Maldiv, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük Britaniya və Vyetnamı əhatə edib.

Tarix: 14-09-2021, 18:15 Oxunub: 169


Bölməyə aid digər xəbərlər
10-06-2021, 10:23 AVRO-2020-nin təqvimi