23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Maqsud Mahmudov Azərbaycana təhvil verildi

Maqsud Mahmudov Azərbaycana təhvil verildi

Ötən ildən axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb.

GununNebzi.az
xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, hələ bu ilin aprelində də Ukraynanın Təhlükəsizlik Xidməti onun saxlanıldığı haqda məlumat yaymışdı. 51 yaşlı Mahmudov paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib. M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı dövrü mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub.

Tarix: 18-09-2021, 10:45 Oxunub: 282


Bölməyə aid digər xəbərlər