16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
Hərbçinin ölümündə təqsirləndirilən sürücüyə bəraət verildi

Hərbçinin ölümündə təqsirləndirilən sürücüyə bəraət verildi

Hərbçinin ölümündə təqsirləndirilən sürücüyə bəraət verildi
Hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elnur Abdullayev və Məhəmməd Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Abıyevin əməlində cinayət tərkibinin olmaması əsas gətirilərək barəsində bəraət hökmü çıxarılıb.

E.Abdullayev isə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Səbail rayonu Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı avtomobil toqquşub.

Nəticədə “Naz Lifan” sərnişini olan, N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu Balarəhim Əliyev ölüb, digər sərnişini Rza Rzayev isə xəsarət alıb.

Hər iki avtomobilin sürücüsü bu işlə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilib.

Onlar barəsində cinayət işi başlanılıb.
(Lent.az)

Tarix: 15-10-2021, 17:57 Oxunub: 109


Bölməyə aid digər xəbərlər