13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycanda qadın 5 nəfərə qarşı 79 min manatlıq DƏLƏDUZLUQ ETDİ

Azərbaycanda qadın 5 nəfərə qarşı 79 min manatlıq DƏLƏDUZLUQ ETDİ

Azərbaycanda dələduzluq edən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79 000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 25-10-2021, 13:30 Oxunub: 229


Bölməyə aid digər xəbərlər
8-02-2021, 12:04 DİN əməliyyat keçirdi