16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı

Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

GununNebzi.az-
ın məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilmiş Nərmin Quliyevanın əmisi Arif Quliyev ifadəsini davam etdirib. O bildirib ki, həmin gün günorta saatlarında Nərmin onlarda təxminən 1 dəqiqə dayanıb və gedib. Ondan təxminən 1 saat yarım sonra böyük bacısı Şəbnəm gəlib deyib ki, Nərmin hələ də evə gəlib çıxmayıb. Özü də bacısının burada olub-olmadığını dəqiqləşdirmək üçün gəlib. Nərminin əmisigildə olmadığını bilib və evlərinə geri qayıdıb.

Arif Quliyev vəkillərin suallarına cavab verərkən təsdiqləyib ki, İlkin yanvarın 6-da saxlanıb: “İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Saxlandığını həmin gündən bilirdik. Yanvarın 6-da axşam saat qardaşım qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşidib, hadisə yerinə getdim. Mən gedəndə çoxlu polislər vardı. Meyitə lap yaxından baxmadım, aramızda təxminən 5 metr məsafə olardı. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. Gedib atasına xəbər verdim, təxminən 11-ə işləmiş olardı, o da gəldi”.
Dindirmə zamanı məlum olub ki, uşağın atası və anası meyitə yaxından baxmayıb.

Arif Quliyev istintaqa ifadəsində deyib ki, İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanov axtarışlar vaxtı onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışırdı.

Məhkəmədə isə A. Quliyev bu məsələ ilə bağlı fərqli danışıb: “O evlərə baxış keçirməyə qadağa qoyulmamışdı. İstəsəydik, gedib baxa bilərdik. Sadəcə, Murad özü polis olduğuna görə baxmamışıq”.

Məhkəmə araşdırmaları noyabrın 3-də davam edəcək.

(Unikal.org)

Tarix: 28-10-2021, 13:45 Oxunub: 210


Bölməyə aid digər xəbərlər