23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ-da Kuba səfirliyinə atəş açan cinayətkar həbs edildi

ABŞ-da Kuba səfirliyinə atəş açan cinayətkar həbs edildi
ABŞ-ın hüquq-mühafizə orqanları Vaşinqtonda yerləşən Kuba səfirliyinə atəş açan şəxsin kimliyini müəyyən ediblər.

“TASS” xəbər verir ki, bu barədə paytaxt polisinin rəsmi nümayəndəsi Hyu Keryu bildirib.

Onun sözlərinə görə, dünən gecə polisə Kuba səfirliyinin yerləşdiyi ərazidə atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub.

“Hadisə yerinə gələn polis əməkdaşları orada silahlı şəxslə qarşılaşıblar. Cinayətkar saxlanılıb və silahı müsadirə edilib. İlkin istintaq nəticəsində onun səfirliyə atəş açdığı məlum olub”, - deyə Keryu əlavə edib.

Məlum olub ki, cinayəti 42 yaşlı Texas sakini Aleksander Alaso törədib.

Qeyd etmək lazımdır ki, Kuba höküməti bu hadisəni terror aktı kimi qiymətləndirib.


Tarix: 1-05-2020, 09:34 Oxunub: 86


Bölməyə aid digər xəbərlər