23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sərhəddəki insidentdə erməni hərbçilər saxlanıldı

Sərhəddəki insidentdə erməni hərbçilər saxlanıldı

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

GununNebzi.az-
ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

Qeyd edək ki, Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutularaq döyüş postlarımıza atəşlə zərər vurulub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.


“Qafqazinfo”

Tarix: 16-11-2021, 14:09 Oxunub: 195


Bölməyə aid digər xəbərlər