23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
3 qurum helikopter qəzası ilə bağlı birgə istintaq qrupu yaradıb

3 qurum helikopter qəzası ilə bağlı birgə istintaq qrupu yaradıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bu barədə Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Tarix: 30-11-2021, 18:42 Oxunub: 125


Bölməyə aid digər xəbərlər