21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Azərbaycanda qazi polis şöbəsinin qabağında özünü yandırmaq istədi

Azərbaycanda qazi polis şöbəsinin qabağında özünü yandırmaq istədi

Qazaxda Vətən müharibəsi intihara cəhd edib.

GununNebzi.az
Lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə bu gün Qazax rayon Polis Şöbəsinin inzibati binasının qarşısında qeydə alınıb.

Məsələ ilə bağlı Lent.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən intihara cəhd hadisəsinin qarşısı alınıb:

"Xəbər verildiyi kimi, noyabrın 28-də Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun İkinci Şıxlı kənd sakinləri Rövşən Mustafayev və Pərviz Məmmədovdan külli miqdarda pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır. Bu gün-noyabrın 30-da Rövşən Mustafayev Qazax RPŞ-nin rəhbərliyinin qəbulunda olaraq Vətən müharibəsi qazisi olduğunu, döyüş zamanı kontuziya aldığını bildirib və müsadirə olunan pirotexniki vasitələrin geri qaytarılmasını tələb edib. Şöbə rəhbərliyi onunla profilaktiki söhbət apararaq bildirib ki, bu gün Vətən müharibəsi iştirakçılarına hörmət böyükdür, lakin müsadirə olunan vasitələrin geri qaytarılması qanunsuzdur və yol verilməzdir. Daha sonra Rövşən Mustafayev Polis Şöbəsinin inzibati binasının qarşısında özünü yandırmağa cəhd etsə də polis əməkdaşları onun bu cəhdinin qarşısını alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir".

Tarix: 30-11-2021, 22:15 Oxunub: 284


Bölməyə aid digər xəbərlər