21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb


Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Azərcell" əməkdaşına atəş açıb.


Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə dünən Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Oxu.az

Tarix: 30-12-2021, 08:22 Oxunub: 80


Bölməyə aid digər xəbərlər