18:04 / 27-01-2025
Körpə doğuş vaxtı öldü
17:58 / 27-01-2025
Bu qanunda dəyişiklik edildi
17:02 / 27-01-2025
Prezident onu təltif etdi
14:06 / 26-01-2025
Ərdoğan Xocalıya gələcək
Şəhidin adına bulaq tikdirəcəyini deyib onları aldatı

Şəhidin adına bulaq tikdirəcəyini deyib onları aldatı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şədinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib.

Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.

Tarix: 13-01-2022, 09:00 Oxunub: 145


Bölməyə aid digər xəbərlər