23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda Türkiyə bayrağına hörmətsizlik edən o imiş...

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən o imiş...

Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşib.

GununNebzi.az
xəbər verir ki, bu, 1985-ci il təvəllüdlü Fuad İsmayılovdur.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. F.İsmayılov ilkin izahatında əməlini etiraf edib.

Müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, adıçəkilən şəxs Bakıda Qara Qarayev metro stansiyasının yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsərək dövlət rəmzini yerə salıb.

Xatırladaq ki, Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.

Tarix: 30-01-2022, 08:19 Oxunub: 230


Bölməyə aid digər xəbərlər
13-09-2021, 20:03 Fuad Muradov saxlanıldı