13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
Maqsud Mahmudov 1,6 mln. manatlıq dələduzluqda ittiham olunur
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
GununNebzi.az APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihama görə, Maqsud Mahmudov müxtəlif şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları talamaqda və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri barəsində rüsvayedici məlumatlar yaymaqda təqsirli bilinib.
M.Mahmudova verilmiş ittihamda ilk epizod Mədinə İsrafilova ilə birgə işlətdikləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda qoyulmuş qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlıdır.
İkinci epizod üzrə Maqsud Mahmudov xüsusi və tarixi əhəmiyyətli hesab olunan əşyaları ələ keçirməkdə təqsirli bilinir.
İttihama görə, təqsirləndirilən şəxs Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış 19-cu əsrə aid olan, üzərində III Aleksandrın şəkli həkk olunmuş qızıl sikkələri aldatma yolu ilə ələ keçirib. Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış həmin sikkələr 97 min manata qiymətləndirilib.
Bundan başqa, Maqsud Mahmudov 19-cu əsrdə Rusiya İmperiyasında istehsal olunmuş tarixi və bədii əhəmiyyəti olan "Həyat ağacı" adlanan qızıl əşyanı etibardan istifadə edərək ələ keçirib.
M.Mahmudov ümumilikdə 1 milyon 600 min manat məbləğində dələduzluqda təqsirli bilinib.
İttihamın üçüncü epizodu isə təqsirləndirilən şəxsin Azərbaycanın incəsənət xadimlərini şantaj etməsi ilə bağlıdır. Maqsud Mahmudov Ukraynada olan müddətdə "YouTube" kanalında incəsənət xadimləri Afət Fərmanqızı (Həsənova) və Vasif Məhərrəmlinin ünvanına qeyri-etik ifadələr işlədib. Maqsud Mahmudov müğənni Vasif Məhərrəmli ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq onun özündən yaşca böyük qadınla əlaqədə olduğu barədə məlumatı olduğunu deyərək, ondan 1000 manat pul tələb edib. V.Məhərrəmli həmin pulu Səbail rayonu ərazisində bir nəfər vasitəsilə ona çatdırıb.
Bundan başqa, Maqsud Mahmudov müğənni Afət Fərmanqızını da eyni cür şantaj edib. O, Afət Fərmanqızı ilə danışaraq onun intim görüntülərlə təhdid edərək 1000 manat pul istəyib. Sonradan A.Fərmanqızı pulu vermədiyi üçün M.Mahmudov "YouTube" kanalında müğənni barəsində rüsvayedici məlumatlar yayıb.
Məhkəməyə sədrlik edən hakim bildirib ki, verilmiş ittihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxs 20 ilə kimi azadlıqdan məhrum oluna bilər.
İttiham aktına münasibət bildirən Maqsud Maqsudov verilmiş ittihamla özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Zərərçəkmiş Kamilə Əliyeva ifadəsində bildirib ki, ona 2016-cı ildə əməliyyatla bağlı pul lazım olub. Buna görə özünə məxsus qızılları yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda verərək 600 manatlıq qızıla görə 350 manat pul götürüb: "Sonradan mənə məlumat verdilər ki, lombard bağlanıb. Dedilər ki, qızılları götürüb qaçıblar. Üstündən bir neçə gün keçdikdən sonra həmin lombarddan mənə zəng etdilər ki, gəl qızılları götür. Məndə pulu ödəyib qızılları götürdüm".
Zərərçəkmiş şəxs Maqsud Mahmudovdan şikayət və tələbi olmadığını qeyd edib.
Digər zərərçəkmiş Firudin Bağırov da ifadə verib. F.Bağırov ifadəsində Maqsud Mahmudovla uzaq qohum olduğunu deyib. Zərərçəkmişin sözlərinə görə, Maqsud Mahmudova 45 min manat pul verib: "Mənə anasından qalma olduğunu dediyi üzüyü verdi. Dediyinə görə, 130 min manat qiyməti var. Mən də inanıb ona 45 min manat pul tapıb verdim. Sonradan Maqsuddan hissə-hissə pul alıb, hissə-hissə 45 mini götürdüyüm şəxsə verirdim. 28 min manatını verəndən sonra dedi ki, daha verə bilmirəm, get pul aldığın adama de məhkəməyə versin. Bugünkü gündə də həmin 45 min manata görə, mənim 3 milyonluq obyektlərim girovdadır. Mən uzun illər rus, çeçen, inquş milləti ilə işlədim, aldanmadım, gəldim öz elimdə-obamda bu adam məni aldatdı".
Proses fevralın 17-də davam etdiriləcək.
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-02-2022, 18:24 Oxunub: 309
Bölməyə aid digər xəbərlər
26-01-2022, 09:33
Maqsud Mahmudov 90 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur
26-01-2022, 19:50
Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib
18-09-2021, 12:02
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - Video
18-09-2021, 10:45
Maqsud Mahmudov Azərbaycana təhvil verildi
5-02-2022, 11:09
Maqsudun Faberje dələduzluğu... - 1,6 milyon mənimsəyib