21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Kafedə yeyib-içdikdən sonra gedib maşından tüfəng götürüb” - İş adamının qətlinin təfərrüatı

“Kafedə yeyib-içdikdən sonra gedib maşından tüfəng götürüb” - İş adamının qətlinin təfərrüatı

Xəbər verdiyimiz kimi, Göyçayda kafedə yeyib-içən tanışlardan biri digərini güllələyib.

GununNebzi.az
“Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Belə ki, dünən günorta saatlarında 43 yaşlı Cavanşir Şükürov 37 yaşlı Nicat Əliyev və digər tanışları ilə birgə kafedə yemək yeyib. Bu zaman Cavanşir Şükürovla Nicat Əliyev arasında mübahisə düşüb. Axşam saatlarında isə hirsi soyumayan Nicat yenidən Cavanşirin olduğu kafeyə gedib.

Rayon prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Verilən məlumata görə, hər iki şəxs bizneslə məşğul olub. Onların Rusiyaya meyvə satışı biznesi ilə məşğul olduğu bildirlib.

Tarix: 23-02-2022, 23:10 Oxunub: 145


Bölməyə aid digər xəbərlər