02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Keçmiş hakimlə bağlı qərar dəyişdirildi

Keçmiş hakimlə bağlı qərar dəyişdirildi

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən keçmiş hakim Lətif Nəbiyevin cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.

GununNebzi.az
qafqazinfo-ya məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Yeni qərara əsasən, L.Nəbiyevin həbs müdəti 8 ildən 4 il 6 aya endirilib.

İttihama görə, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə iki tanışının 307 min dollardan çox pulunu mənimsəyib. O, zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb. Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib.

Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Tarix: 30-04-2022, 09:57 Oxunub: 256


Bölməyə aid digər xəbərlər