09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi

Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

GununNebzi.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib.

GununNebzi.az-ın məlumatına görə, Rafiq Bayramovun müdafiəçisi onun barəsində bəraət hökmü verilməsinə dair apellyasiya şikayəti verib. Məhkəmə apellyasiya şikayətini təmin etməsə də, yüngülləşdirici halları nəzərə alaraq R.Bayramovun cəza müddətinin azaldılması barədə qərar çıxarıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Tarix: 11-10-2021, 12:47 Oxunub: 230


Bölməyə aid digər xəbərlər