23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ata oğlunu amansızlıqla öldürdü

Ata oğlunu amansızlıqla öldürdü

Qubada 35 yaşlı kişi atası tərəfindən öldürülüb.

GununNebzi.az
xəbər verir ki, bu barədə rayon prokurorləuğu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix: 2-05-2022, 20:52 Oxunub: 284


Bölməyə aid digər xəbərlər