23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
4-cü mərtəbədən yıxılan uşağın vəziyyəti - Açıqlandı

4-cü mərtəbədən yıxılan uşağın vəziyyəti - Açıqlandı

Mingəçevirdə 4-cü mərtəbədən yıxılan 9 yaşlı qızın vəziyyəti açıqlanıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Qafqazinfo"ya bildirilib ki, V.Abdullayev 6 ünvanında yerləşən 5 mərtəbəli binadan yıxılan Hüseynli Dəniz Tərlan qızı koma vəziyyətindədir.

Bildirilib ki, 4-cü mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılan azyaşlı ağır kəllə beyin travması, sağ baldır sümüyünün sınığı, göz nayihəsindəki xəsarətlərlə komotoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, autizm sindromlu Dəniz nənəsigildə qonaq olarkən nəzarətsiz qalması səbəbindən bədbəxt hadisə baş verib.

Tarix: 3-05-2022, 21:44 Oxunub: 63


Bölməyə aid digər xəbərlər