02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım”

“Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım”

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində əsas ifadələr məlum olub və ittiham edilən şəxsə hökm oxunub.

GununNebzi.az-
ın qafqazinfo-ya məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində meyiti tapılan 1985-ci il təvəllüdlü Ramil Oruclunun həmin gün tanışının avtomobilində öldürüldüyü bildirilib.

Belə ki, narkotik vasitə istifadəçisi olduğu deyilən bir qrup şəxs həmin gün Ramil Oruclu ilə “Yeganə” şadlıq evinin yaxınlığında görüşüblər. Ramil Mikayıl və Səttar adlı şəxslərlə birgə Zeynal Zeynalova məxsus maşına əyləşib . Bu zaman narkotik almaq üstündə onlar arasında mübahisə yaranıb və 1988-ci il təvəllüdlü Zeynal Zeynalov avtomobil hərəkətdə olarkən bıçaqla qəfil şəkildə Ramilin boğazına xəsarət yetirib. Çoxlu qan itirən Ramil Oruclu bir neçə dəqiqə sonra maşında keçinib.

Hadisəni törədən Z.Zeynalov ifadəsində deyib ki, Ramili 20 ildir ailəsi ilə birgə Xutorda kirayə yaşadığı ərazidən tanıyıb: "Onunla hadisə baş verən günə kimi dostluq münasibətimiz olub. Həmin gün Səttarla görüşmüşdük. Əcəmi ərazisində olan parkın yanından keçərkən Ramil və Mikayılı gördük. Onlar da maşında əyləşdi. Avtomobilin ön oturacağında mən və Səttar, arxa oturacaqda isə mənim arxamda Mikayıl, Səttarın arxa oturacağında isə Ramil əyləşmişdi”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, həmin vasitənin istifadəçisi olan tanışlar avtomobildə narkotik almağa görə pul toplamaq istəyiblər və bu zaman narazılıq yaranıb: “Hadisə baş verən yerə, yəni Nəsimi rayon DTX-nin inzibati binasının yanına gələnə kimi avtomobili üç dəfə yolun kənarında saxlayıb Ramilin maşından düşməsini bildirdim. Lakin o, nalayiq ifadələr deməsindən əlavə başıma arxa oturacaqdan bir dəfə yumruqla zərbə vurdu. Bu zaman maşının salonunda saxlanc yerində olan bıçağı götürüb oturduğum oturacaqdan qismən arxaya çönüb bıçağı Ramilə doğru yönəltdim. Əgər mənə və ailəmə söyüş söyməyi dayandırmasa, bıçağı ona soxacağımı dedim. Ramil yenə söyüş söydü. Necə olduğunu bilmədən gördüm ki, Ramilin boğazından qan axır. Ramilin boğazına əski parçasını tutaraq qanın qarşısını almaq istədim. Nəsimi rayonu DTX-nin inzibati binasının önündə Səttar və Mikayıl avtomobilin yanından uzaqlaşdılar. Mən maşını 6-cı mikrorayonda “Pitomnik” adlanan əraziyə sürdüm. Biz uşaq olanda həmin ərazidə göl var idi və fikirləşdim ki, orada Ramilin boğazının qanını su ilə yuyum. “Pitomnik” adlanan əraziyə gəlib çatdıqda Ramilin artıq öldüyünü anladım. Ramilin cansız bədənini həmin əraziyə ataraq oradan uzaqlaşdım”.

Mərhum R.Oruclunun atası ifadəsində deyib ki, oğlu son dövrlər müalicə alırmış: “Həmin gün Ramilin telefonuna bir neçə dəfə zəng gəldi. Ramil telefona cavab verib gəlməyəcəyini dedi. Zəng edən şəxsin kim olduğu barəsində sualımı cavabsız qoydu. Bir az keçdikdən sonra Ramilin hazırlaşıb getmək istədiyini gördüm, təkidlə ona getməməsini dedim, lakin oğlum dinləməyərək işi olduğunu deyərək getdi. Həmin gün gecə Ramil evə gəlmədi, 19-cu polis bölməsinə gedərək oğlumun bir neçə gündür evə gəlmədiyini və onu tapmağına kömək etmələri barədə müraciət etdim. 20 iyun 2021-ci ildə polis əməkdaşları məlumat verdilər ki, Binəqədi rayonu 6-cı mikrayon, “Pitomnik” adlanan ərazidə meyit aşkar ediblər. Həmin meyit oğlum Ramil idi. Məhkəmədən xahişim budur ki, bu cinayətdə Mikayıl və Səttar adlı şəxslərin də rolu olub, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilsin. Oğlum əvvəllər narkotik vasitələrdən istifadə edib, son dövrlərdə isə müalicə alaraq özündə geridönüş yaratmağa çalışırdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel tarixli hökmü ilə R.Oruclunu qətlə yetirən Zeynal Zeynnalov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətil adam öldürmə) maddəsi ilə təqsirli bilinərək ona 17 il həbs cəzası verilib.

Tarix: 16-05-2022, 23:52 Oxunub: 115


Bölməyə aid digər xəbərlər